201 min tondan çox pambıq yığılıb

  06 Noyabr 2018    Oxunub : 5242
201 min tondan çox pambıq yığılıb
Noyabrın 6-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 201 min 212 ton məhsul təhvil verilib
Dövlət Statistika Komitəsindən Azvision.az-a verilən xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə 20,7 faiz və ya 34 min 490 ton çox pambıq tədarük olunub. Ümumilikdə, 2018-ci ildə Azərbaycanın 22 bölgəsində 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.

Pambıq tədarükündə irəlidə olan rayonlara Saatlı (15 min 815 hektardan 26 min 663 ton), Bərdə (9 min 630 hektardan 21 min 517 ton), Ağcabədi (10 min hektardan 20 min 906 ton), Biləsuvar (12 min hektardan 18 min 988 ton) və Beyləqan (9 min 560 hektardan 18 min 793 ton) daxildir. Məhsul yığımı davam edir.

Qeyd edək ki, dövlət tərəfindən pambıqçılığa göstərilən dəstək məhsul istehsalının artırılmasında mühüm rol oynayır. Belə ki, pambığın kiloqramının 65 qəpiyə qaldırılması, hər kiloqramına 10 qəpik subsidiya verilməsi, güzəştli şərtlərlə texnika və yanacaqla təminat, alış qiymətinin hər tona görə 50 manat artırılması istehsalı stimullaşdıran tədbirlərdəndir.

Azvision.az

Teqlər: DSK   Pambıq