1322 ədəd saxta pul tədavüldən çıxarılıb
Ötən il ərzində pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin effektiv təşkili məqsədilə müvafiq dövlət orqanları ilə informasiya mübadiləsini, bank sistemi üçün analitik informasiya bazasını və eləcə də nağd pul xidmətlərinə elektron çıxış imkanını təmin edən "Saxta pul nişanlarının monitorinqi sistemi" yaradılıb.
Mərkəzi Bankda nağd pul idarəetməsi yeni keyfiyyət mərhələsinə çatdırılıb, bütövlükdə bank sistemini əhatə edən və Mərkəzi Bankın digər informasiya sistemlərinə inteqrasiya olunan "Nağd pulun İdarəetmə Sistemi (CMS)" tam funksionallığı ilə fəaliyyət göstərir. Bu sistem vasitəsilə hazırda regionlar da əhatə olunmaqla Mərkəzi Bankla kommersiya bankları və poçt rabitəsinin milli operatoru arasında nağd pulla bağlı bütün əməliyyatlar real vaxt rejimində avtomatlaşdırılmış qaydada həyata keçirilir.
Azvision.az
Teqlər: Mərkəzi-Bank Pul