“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb

“Azəriqaz” abunəçilərinin sayını açıqlayıb
  12 Noyabr 2018    Oxunub:5972
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 164 min 319-a çatıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən (İB) Azvision.az-a bildirilib ki, bu ilin yanvar-oktyabr ayları ərzində İB-də əhali sektoru üzrə 70 min 468 yeni abonent qeydiyyata alınıb. Bunun da 41 min 400-ü Bakı, Abşeron və Sumqayıt, 29 min 68-i isə regionlar üzrədir. Yeni abonentlərin sayının artmasına abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması təsir edib.

Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 164 min 319-a çatıb.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti