“Azeri Light”ın qiyməti 72 dolları keçib

  13 Noyabr 2018    Oxunub : 2640
“Azeri Light”ın qiyməti 72 dolları keçib
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,75 dollar geriləyərək 69,37 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,83 dollar ucuzlaşaraq 59,10 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,20 dollar artaraq 72,15 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft