“10 mindən çox iş yerinin açılması gözlənilir” - Nazir

“10 mindən çox iş yerinin açılması gözlənilir” -  Nazir
  13 Noyabr 2018    Oxunub:4634
Gələn il tədiyyə balansının 3,9 milyard dollar olacağı gözlənilir.
Azvision.azxəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun 17,9 milyard manat olacağı proqnozlaşdırılır.

Ş.Mustafayev, həmçinin qeyd edib ki, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması nəzərdə tutulub: "Artıq 6 aqropark fəaliyyətə başlayıb, cari ilin sonunadək daha 12 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Tam fəaliyyət nəticəsində il ərzində təxminən 600 milyon manat dəyərində kənd təsərrüfatı məhsullarının istehsal və emalı mümkün olacaq. Ümumilikdə, 10 mindən çox iş yerinin açılması gözlənilir"

Nazir, əlavə edib ki, əhalinin həyat səviyyəsinin yüksəldilməsi başlıca məqsəd olacaq.

Anar Kəlbiyev
https://azvision.az/news/161608/avropadaki-radikallar-sehid-ogluna-ser-atdilar--video--.html


Teqlər: Şahin-Mustafayev   Nazir   Milli-Məclis   Büdcə  





Xəbər lenti