50-dən çox ailəyə mal-materiallar verilib
Mal-və materiallarla təmin olunan insanlar bu proqrama cəlb olunarkən ilk növbədə təlim kurslarında iştirak etdiklərini, bu kursda biznesin təşkili və idarə olunması üzrə zəruri bilik və bacarıqlara yiyələndiklərini bildiriblər. Onlar ölkəmizdə belə bir əhəmiyyətli proqramın həyata keçirilməsinə, aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, kiçik ailə biznesinə çıxış üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Proqram çərçivəsində yaradılan təsərüfatların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini əhatə edir ki, bu da həmin sahənin inkişafı, aqrar sektorda məhsul artımı üçün əlavə dəstəkdir. Cari ildə özünüməşğulluq proqramı çərçivəsində artıq 1100-dən çox ailə təsərrüfatı yaradılıb və proqram iştirakçılarının mal-və materiallarla təmin olunması işləri davam edir.
Azvision.az
Teqlər: ƏƏSMN