Azərbaycan 102 ölkəyə məhsul ixrac edib
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 26,9 faizini İtaliyaya, 8,8 faizini Türkiyəyə, 7,0 faizini İsrailə, 5,2 faizini Hindistana, 4,7 faizini Çexiyaya, 4,4 faizini Almaniyaya, 3,9 faizini Tayvana (Çinin əyaləti), 3,8 faizini İndoneziyaya, 3,6 faizini Kanadaya, 3,3 faizini Portuqaliyaya, 3,1 faizini Rusiyaya, hər biri 2,7 faiz olmaqla Fransa və Gürcüstana, 2,3 faizini İspaniyaya, qalan 17,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,8 faizi Rusiya, 14,2 faizi Türkiyə, 10,3 faizi Çin, 6,1 faizi Almaniya, 4,9 faizi ABŞ, 4,0 faizi Ukrayna, 3,3 faizi Yaponiya, hər biri 3,1 faiz olmaqla İran və İtaliya, 2,6 faizi İsveçrə, 2,3 faizi Birləşmiş Krallıq, 2,1 faizi Cənubi Afrika Respublikası, 28,2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Azvision.az