Qeyri-neft sektoru 10 faiz artıb

Qeyri-neft sektoru 10 faiz artıb
  15 Noyabr 2018    Oxunub:4623
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-oktyabr aylarında 40,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az-a verilən xəbərə görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,0 faiz, neft sektorunda isə 0,2 faiz artıb. Sənaye məhsulunun 73,4 faizi mədənçıxarma sektorunda, 22,0 faizi emal sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,1 faiz, əmtəəlik qaz hasilatı isə 3,5 faiz artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 26,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,9 dəfə, tütün məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 48,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,6 faiz, tikinti materiallarının istehsalı 28,9 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 21,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 13,3 faiz, içkilərin istehsalı 10,6 faiz, kağız və karton istehsalı 6,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 3,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,1 faiz artıb, hazır metal məmulatlarının istehsalı 1,2 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,7 faiz, əczaçılıq məhsullarının istehsalı 12,9 faiz, maşın və avadanlıqların istehsalı 17,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,7 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3 faiz artıb.

Azvision.az


Teqlər: Neft   DSK  





Xəbər lenti