Neftin qiyməti yenidən bahalaşıb

  16 Noyabr 2018    Oxunub : 2695
Neftin qiyməti yenidən bahalaşıb
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,71 dollar artaraq 67,33 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 56,97 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,81 dollar artaraq 68,62 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft