Energetik içkilər, elektron siqaretlər vergiyə cəlb edilir

Energetik içkilər, elektron siqaretlər vergiyə cəlb edilir
  16 Noyabr 2018    Oxunub:4847
Azərbaycanda alkoqollu, alkoqolsuz energetik içkilər, elektron siqaretlər vergiyə cəlb edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik olunur.

Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən əlavəyə əsasən, alkoqollu energetik içkilərin hər litrinə 2 manat, alkoqolsuz energetik içkilərin hər litrinə 3, siqarların, o cümlədən ucları kəsilən siqarların hər bir ədədinə 1, elektron siqaretlər üçün mayenin hər litrinə 20 manat vergi tutulacaq.

Bu mallara görə asksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin hasilinə tətbiq edilməklə hesablanır.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Vergi   Qanun  





Xəbər lenti