Fuad Muradov Vaşinqtonda bir sıra görüşlər keçirib - FOTOLAR
Nümayəndə heyətinin növbəti görüşü Dünya Bankının binasında Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və Beynəlxalq Maliyyə Korporasiyasında çalışan Azərbaycanlıların Assosiasiyasında baş tutub. Görüş zamanı, ilkin tanışlıqdan sonra, burada çalışan və təcrübə keçən azərbaycanlıların sayının artırılması, azərbaycanlı gənclərin bu qurumlarda karyera qurmaları üçün ölkəmizdə və xaricdə sistemli seminarların təşkili, qurumun xarici əməkdaşları arasında ölkəmizin təbliğ edilməsi və milli-mədəni irsimizin tanıdılması üçün bir sıra təkliflər müzakirə edilib.
Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıcla keçirib. Görüş zamanı, bütün dünyada, iki qardaş ölkənin xalqları və dövlətləri arasında qüvvələrin briləşdirilməsi, bu istiqamətdə konkret və strateji planın qurulması müzakirə edilib.
Hər iki xalqın ABŞ-da fəaliyyət göstərən icmalarının bundan sonra daha da sıx və davamlı işləməsi qərara alınıb. Keçirilən görüşlərdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.
Azvision.az
Teqlər: Fuad Muradov Türkiyə ABŞ