Nazir ailə təsərrüfatlarına baxıb
Rayonda proqrama cəlb olunan ailələrdən artıq 20-yə qədər ailəyə biznes-planlarına uyğun mal və materiallar təqdim edilib. Verilmiş mal və materiallar hesabına onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlarını qurublar. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam etdirilir.
S.Babayev proqram iştirakçıları ilə görüşərək, onların özünüməşğulluq proqramı çərçivəsində yeni qurduqları ailə təsərrüfatları ilə bağlı fikirlərini, planlarını öyrənib. Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan bu proqram yalnız aktivlər verilməklə yekunlaşmır, onlara bu təsərrüfatları genişləndirmək üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub. Əsas məqsəd ondan ibarətdir ki, aztəminatlı ailələr özünüməşğulluq proqramının yaratdığı imkanlardan istifadə edərək öz uğurlu kiçik bizneslərini qura, gəlirlərini artıra bilsinlər, sahibkarlığa keçid imkanı əldə etsinlər.
Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün göstərilən qayğıya, yaradılan imkanlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Azvision.az