Bu il ölkədə 192,5 min yeni iş yeri açılıb

  17 Noyabr 2018    Oxunub : 2827
 Bu il ölkədə 192,5 min yeni iş yeri açılıb
Bu il Azərbaycanda 192,5 min yeni, o cümlədən 94,5 min daimi iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən Azvision.az-a verilən xəbərə görə, regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 1 yanvar 2014-cü ildən 1 oktyabr 2018-ci il tarixinə qədər olan dövr ərzində, ümumilikdə, 913,6 min olmaqla 624,9 min daimi iş yerləri yaradılıb. 2018-ci ilin doqquz ayı ərzində ölkədə 192,5 min yeni, o cümlədən 94,5 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 42,4 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 24,0 faizi Bakı şəhərinin, 1,0 faizi Naxçıvan Muxtar Respublikasının, 75,0 faizi regionların, o cümlədən 44,3 faizi Aran, 7,5 faizi Lənkəran, 7,0 faizi Gəncə-Qazax, 4,4 faizi Abşeron, 4,3 faizi Yuxarı Qarabağ, 2,8 faizi Şəki-Zaqatala, 2,4 faizi Quba-Xaçmaz, 2,1 faizi Dağlıq Şirvan, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 8,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 33,9 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 57,5 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Azvision.az

Teqlər: DSK   İş