Azərbaycan neftinin qiyməti ucuzlaşıb

  20 Noyabr 2018    Oxunub : 2984
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,43 dollar ucuzlaşaraq 66,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,30 dollar bahalaşaraq 56,76 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,91 dollar ucuzlaşaraq 67,94 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft