Gürcüstandan gələn şəxs gömrükçüləri aldatmaq istədi

Gürcüstandan gələn şəxs gömrükçüləri aldatmaq istədi
  20 Noyabr 2018    Oxunub:1024
Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az-a verilən məlumata görə, vətəndaşın gödəkçəsi rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb. Sorğu-sual zamanı vətəndaş gödəkçəsinin cibində təsbeh olduğunu bildirib.

Yoxlama zamanı isə, gödəkçənin sol üst cibindən, üzərində "YVX 9P 16" yazısı olan üç ədəd boş giliz və bir ədəd üzərində "SB 14 9P" yazısı olan güllə aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Gömrük   Güllə  





Xəbər lenti