İşçiləri müqaviləsiz işlədənlərin cəzası artırılır
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat maliyyə sanksiyası tətbiq olunacaq.
Qeyd edək ki, hazırda maliyyə sanksiyasının məbləği bütün hallar üzrə 1000 manat məbləğindədir.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Maliyyə Cərimə İşəgötürən