"İslahatlar ardıcıllıqla reallaşdırılacaq" - Əli Əhmədov

 "İslahatlar ardıcıllıqla reallaşdırılacaq" -  Əli Əhmədov
  20 Noyabr 2018    Oxunub:4948
Azərbaycan hökuməti Prezident İlham Əliyevin müəyyənləşdirdiyi böyük sosial siyasəti uğurla və layiqincə həyata keçirməkdədir.Azərbaycanda son illər ərzində həyatın bütün sahələrində baş verən dəyişikliklər insanların həyat səviyyəsinin yüksəlməsi, ehtiyacı olan insanlara dövlət tərəfindən qayğının müxtəlif formalarda göstərilməsi, bu qayğının səmərəli şəkildə və şəffaf olaraq həyata keçirilməsi, ölkəmizdə sosial siyasətin uğurla həyata keçirilməsi haqqında fikir söyləməyə əsas yaradır.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi DOST konsepsiyasının, "e-sosial" internet portalının, yeni loqosunun və rəsmi internet səhifəsinin təqdimat mərasimində baş nazirin müavini Əli Əhmədov deyib.

O, bildirib ki, Azərbaycan hökumətinin başlıca məqsədi insanların rifahını daha da yaxşılaşdırmaq, ehtiyacı olanlara dövlət qayğısını daha da artırmaq və hər bir insanın layiqli həyatının təmin edilməsi üçün bütün lazımi şərtləri təmin etməkdən ibarətdir:

"Bütövlükdə dünyamızın 2030-cu ilə qədər dəyişməsini nəzərdə tutan 17 məqsədin qayəsi bundan ibarətdir. İnsanlar daha yaxşı yaşasın, ehtiyacı olanların hər birinə lazımı yardımlar edilsin və heç kim qayğıdan kənar qalmasın. Bu mənada Azərbaycan hökümətinin həyata keçirdiyi siyasəti bu məqsədlərə uyğun gələn və bu məqsədlərdən qaynaqlanan bir fəaliyyət hesab etmık mümkündür. Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən işlər insanların həyatının yaxşılaşdırılmasına xidmət edir".

Ə.Əhmədov qeyd edib ki, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində böyük islahatlar həyata keçirilir. "Bu islahatların məqsədi sosial təminata ehtiyacı olanları ehtiyacların daha yaxşı ödənilməsi və onlara göstərilən qayğının şəffaf və səmərəli şəkildə həyata keçirilməsinə xidmət göstərməkdir. Güman edirəm ki, bütün işlərin öhdəsindən nazirlik layiqincə gələcək. İslahatlar ardıcıllıqla reallaşdırılacaq. Bununla da hədəfə çatılmış olacaq. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) adı alan xidmət ehtiyacı olan insanlara daha yaxşı xidmətin təmin edilməsi məqsədini güdür".

Baş nazirin müavini bildirib ki, DOST insanlara lazımı xidmətin göstərilməsi, sosial siyasətin qayəsini müəyyənləşdirir: "Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hökümətin hədəflərini dəqiqliklə müəyyənləşdirmək üçün layihəni düşünüb və uğurla həyata keçirəcək. Bu layihənin həyata keçirilməsində məqsəd hökümətin müəyyənləşdirdiyi sosial siyasəti daha da təkmilləşdirmək və insanlara daha yaxşı xidmətin göstərilməsinə nail olmaqdan ibarətdir.

İkincisi bu sahədə şəffaflığın təmin edilməsi ilə əlaqədardır. Bu sahədə xidmətin daha yaxşı təşkil edilməsinə ehtiyac duyan insanlar xüsusi üstünlük təşkil edir. Yaşlılar, pensiya alanlar, fiziki qüsuru olan insanlar, əlillər-hamısına xidmət elə şəkildə təmin olunmalıdır ki, xidməti asanlıqla əldə etsinlər və çətinlik çəkməsinlər. Bu xidmət Azərbaycanda populyarlaşmış "ASAN xidmət"in analoquna çevrilə biləcək. Qarşıya qoyduğu xidmətləri "ASAN xidmət"də olan kimi reallaşdıra biləcək. Bu tədbir layihə uğurla həyata keçiriləcək, özünə layiqli yer tuta biləcək və sosial qayğıya ehtiyacı olan insanlar tərəfindən seviləcək".

Aytən Zəhra
Azvision.az


Teqlər: DOST   Əli-Əhmədov  





Xəbər lenti