Ölkə üzrə pambıq tədarükü 211 min tonu ötüb
Qeyd edək ki, bu il Azərbaycanda 22 rayonda 132 min 512 hektarda pambıq əkini aparılıb. Ölkə üzrə ən çox pambıq Saatlı (15 min 815 hektar), İmişli (13 min 645 hektar), Sabirabad (13 min 55 hektar), Biləsuvar (12 min hektar), Ağcabədi (10 min hektar), Bərdə (9 min 630 hektar) və Beyləqan (9 min 560 hektar) rayonlarında əkilib. Pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür.
Noyabrın 20-nə olan məlumata görə, pambıq tədarükündə Saatlı (27 min 674 ton), Bərdə (22 min 736 ton), Ağcabədi (21 min 689 ton), Biləsuvar (20 min 104 ton) və Beyləqan (19 min 747 ton) rayonları irəlidədir. Məhsul yığımı davam edir.
Azvision.az