Təhsil Nazirliyi özəl təşkilatlarla əməkdaşlıqda maraqlıdır
M.Vəliyeva bildirib ki, məktəblərdə tətbiq olunan Həyat bilgisi fənnində şagirdlər məhz bu yöndə müvafiq bilik və bacarıqlara yiyələnirlər" Bu gün dövlət və özəl sektor arasındakı əməkdaşlıq nəticəsində XXI əsrin bacarıqlarına yönələn müxtəlif layihələrin tədbiqi Təhsil Nazirliyinin qarşısında duran prioritet istiqamətlərdəndir. Bu istiqamətdə müxtəlif miqyaslı maliyyə savadlılığının artırılması ilə bağlı layihələr həyata keçirilir".
Adıçəkilən layihənin məktəbyaşlı uşaqlar arasındakı keçirilməsinin əhəmiyyətinə toxunan M.Vəliyeva bildirib ki, əlbəttə ilkin yaşda uşaqlarda maliyyə savadlılığı və sahibkarlıqla bağlı müvafiq bacarıqların formalaşdırılması onların gələcək həyatlarında, iqtisadi cəhətdən özlərinin təminatı baxımından mühüm rol oynayacaq. "Ona görə də bu qəbildən layihələrin gələcəkdə də tətbiqi nazirliyin marağındadır. Layihə tək Bakıda deyil regionlarda da tədbiq olunacaq. Nəticədə nazirliklə özəl təşkilatlar arasında bu istiqamətdə işin uzun olacağından xəbər verir".
Aytən Zəhra
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi Təşkilat