10 ayda əhalinin gəlirləri 9,2 faiz artıb

 10 ayda əhalinin gəlirləri 9,2 faiz artıb
  22 Noyabr 2018    Oxunub:5111
Yanvar-oktyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq, 43 milyard 871,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 4471,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Azvision.az-a verilən məlumata görə, bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 40 milyard 272,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz çox vəsait qalıb.

Azvision.az


Teqlər: Statistika  





Xəbər lenti