Bu həftə 300-dən çox şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Bu həftə 300-dən çox şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək
  22 Noyabr 2018    Oxunub:6599
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi uğurla davam edir.
Artıq 281 vərəsədən 150-dən çoxu ödəmə ilə təmin olunub. Bundan başqa, əlavə sığorta ödənişinin verilməsinə dair məhkəmə aktı olan daha 471 vərəsənin hesabına birdəfəlik ödəniş edilib. Bu həftə daha 300-dən çox şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödənişlərin edilməsi nəzərdə tutulub.

Şəffaflığın həyata keçirilməsi üçün qaydalar da hazırlanıb. Bunun üçün vərəsələr şəhidlik statusunun tanınmasına dair bütün sənədləri yalnız “ASAN xidmət”ə təqdim edirlər. Bu isə həm vaxt itkisinin qarşısını alır, həm də vətəndaşı əlavə əziyyətlərdən xilas edir. Ödəmələr vərəsələrin bank hesabına köçürüləndə onlara bildirişlər göndərilir. Birdəfəlik ödəmələrin verilməsi gələn ilin sonunadək başa çatdırılacaq.

Xatırladaq ki, ümumilikdə 9531 şəhid hərbi qulluqçunun vərəsəsinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib.

Azvision.az



Teqlər:





Xəbər lenti