250-dən çox ailəyə mal və materiallar verilib

250-dən çox ailəyə mal və materiallar verilib
  22 Noyabr 2018    Oxunub:6604
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərə mal və materialların verilməsi prosesi davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, son iki gündə 250-dək proqram iştirakçısına mal və materiallar təqdim olunub. Bu günə olan məlumata görə, cari ildə özünüməşğulluq proqramı çərçivəsində ölkəmizin bölgələrində artıq 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb.

Onların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir ki, bu da qeyri-neft sektorunun mühüm sahəsi olan aqrar sahədə inkişafa əlavə dəstək verir.

Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilib.

Azvision.az


Teqlər: ƏƏSMN  





Xəbər lenti