“Kütləvi çıxarış” kampaniyası Lənkəranda
Səyyar ofisdə qeydiyyat xidmətləri ilə yanaşı, hüquqi xidmətlər də göstərilib. Sakinlərin daşınmaz əmlakla bağlı bütün sualları cavablandırılıb, qanunvericiliyə uyğun olaraq onlara hüquqi məsləhətlər verilib. Torpaq sahəsi, fərdi yaşayış evi və mənzil kimi daşınmaz əmlakları qeydiyyata almaq istəyən 40-a yaxın vətəndaşa qeydiyyat prosesi izah olunub, çıxarışla əvəz olunması üçün ilkin sənədlər qəbul edilib.
Müasir texniki avadanlıqlar vasitəsilə qeydiyyata alınacaq əmlakların müayinəsi, çöl-ölçmə işləri, texniki plan-ölçüləri mütəxəssislər tərəfindən dəqiqləşdirilib.
“Kütləvi çıxarış” kampaniyası vətəndaşların mülkiyyət hüquqlarını rahatlıqla həyata keçirməsinə şərait yaradır. Ünvanlarda göstərilən xidmətlə tanış olan digər sakinlər də daşınmaz əmlakdan daha etibarlı formada istifadə etmək üçün qeydiyyat prosesinə qoşulmağa həvəslənir.
Bundan başqa, bu formada aparılan sürətli qeydiyyat prosesi ölkədə leqal daşınmaz əmlakların sayını artırır. Qeydiyyata alınmış daşınmaz əmlak isə təhlükəsiz formada iqtisadi əməliyyatlara cəlb olunur.
Azvision.az