Goranboyun iki kəndinə qaz verilib

Goranboyun iki kəndinə qaz verilib
  22 Noyabr 2018    Oxunub:6570
Bu gün Goranboy rayonunun Goranlı və Həmənli kəndlərinə təbii qaz verilib.
“Azəriqaz” İB-dən Azvision.az-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz”ın təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, ümumilikdə, 178 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18 106 metr müxtəlif diametrli metal və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Qeyd edilib ki, yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilmişdir ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Azvision.az


Teqlər: Goranboy   Təbii-qaz   Kənd  





Xəbər lenti