Gömrükdən büdcəyə 3 milyarda yaxın vəsait daxil olub

Gömrükdən büdcəyə 3 milyarda yaxın vəsait daxil olub
  22 Noyabr 2018    Oxunub:8021
2018-ci ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 2 milyard 978 milyon 496 min manat təşkil edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, on ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 754 milyon 738 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 2 milyard 43 milyon 404 min manat, aksizlər üzrə 148 milyon 294 min manat, yol vergisi üzrə isə 32 milyon 59 min manat təşkil edib.

Azvision.az



Teqlər: DGK   Büdcə  





Xəbər lenti