Azərbaycan ən çox Rusiyadan məhsul idxal edir

Azərbaycan ən çox Rusiyadan məhsul idxal edir
  23 Noyabr 2018    Oxunub:8067
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi ilk üç ölkənin adı açıqlanıb.

Dövlət Gömrük Komitəsindən Azvision.az-a bildirilib ki, yanvar-oktyabr aylarında idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiya olmaqla, Türkiyə və Çin qərarlaşıb.
Rusiyadan idxal 1 milyard 482 milyon 104 min dollar, Türkiyədən 1 milyard 309 milyon 656 min dollar, Çindən isə 948 milyon 699 min dollar dəyərindədir.

Azvision.az



Teqlər: Statistika  





Xəbər lenti