Naxçıvanda orta aylıq əməkhaqqı 430 manata çatıb

 Naxçıvanda orta aylıq əməkhaqqı 430 manata çatıb
  23 Noyabr 2018    Oxunub:8557
2018-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 430 manata çatıb ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Azvision.az xəbər verir ki, muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb, 2018-ci ilin yanvar-oktyabr aylarında 374 milyon 768 min ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb.

İxracın dəyəri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə artaraq 330 milyon 369 min 200 ABŞ dolları təşkil edib, 285 milyon 970 min 400 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Azvision.az




Teqlər: Naxçıvan  





Xəbər lenti