Nazirlikdə iqtisadçı-ekspertlərlə görüş keçirilib
Vergilər nazirinin 1-ci müavini Sahir Məmmədxanovun iştirak etdiyi görüşdə Vergilər Nazirliyi tərəfindən vergi sahəsində aparılan islahatlar, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin əsas istiqamətləri müzakirə edilib.
Tədbirdə nazirliyin rəhbər vəzifəli şəxslərinin vergi qanunvericiliyinə təklif olunan əlavə və dəyişikliklərlə bağlı təqdimatları dinlənilib, ekspertlərin sualları cavablandırılıb, səsləndirdikləri təkliflər qeydə alınıb.
Azvision.az