Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır
Böyük populyarlıq qazanmış bu innovativ və əlverişli xidmətdən faydalanmaq üçün istənilən tarifdən istifadə edən “Bakcell” abunəçisi idarə etdiyi nəqliyyat vasitəsinin nömrəsini (misal: 00-XX-000) SMS vasitəsilə 5666 qısa nömrəsinə yollamalıdır. Sürət həddini aşmış nəqliyyat vasitəsi barədə məlumat abunəçilərə dərhal, yol hərəkəti qaydalarının digər pozuntuları barədə məlumat isə müvafiq sistemdə qeyd olunandan sonra göndərilir.
Xidmət barədə ətraflı məlumat https://www.bakcell.com/az/sms-radar və yaxud “www.smsradar.az” internet səhifələrindən əldə oluna bilər.
Qeyd edək ki, “SMSRadar” mobil əlavəsi yükləmə sayı üzrə Azərbaycanda 8-ci yeri tutur. Həmin mobil əlavəni “Appstore” və ya “PlayMarket” vasitəsilə yüklənən abunəçilər cəriməyə aid foto və videoları da izləmək imkanına malikdir. Mobil əlavəni birbaşa yükləmək üçün https://azvision.az/redirect.php?url=http://SMSRadar.az/app linkindən istifadə edin:
İnnovasiya sahəsində özünü doğrultmuş lider olan “Bakcell” şirkəti müasir mobil rabitə xidmətlərinin istifadəçiləri üçün innovativ, olduqca əlverişli və maraqlı xidmətlər göstərməyə davam edəcək.
Azvision.az