Naxçıvanda 10 ayda 44 milyondan çox kredit verilib

Naxçıvanda 10 ayda 44 milyondan çox kredit verilib
  23 Noyabr 2018    Oxunub:8294
2018-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 44 milyon 118 min 500 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 1,7 dəfə çoxdur.
Azvision.az xəbər verir ki, verilən kreditlərin 4 milyon 802 min 300 manatı və yaxud 10,9 faizi qısamüddətli, 39 milyon 316 min 200 manatı və yaxud 89,1 faizi uzunmüddətli kreditlər olub.

1 noyabr 2018-ci il tarixə muxtar respublikanın banklarında açılan bank hesablarının sayı 79213-ə çatıb ki, bunun da 68486-sı və ya 86,5 faizi aktiv hesablardır. 2018-ci ilin yanvar-oktyabr aylarında açılan 16002 bank hesabının 15826-sı aktiv hesablar olub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan   Bank   Kredit  





Xəbər lenti