“Brent”in qiyməti 59 dollara düşdü - Yenilənib

 “Brent”in qiyməti 59 dollara düşdü -  Yenilənib
  23 Noyabr 2018    Oxunub:10169
“Brent” markalı neftin bir barrelinin qiyməti 59 dollara geriləyib.
Bu, son bir ildə minimum qiymətdir. “Brent”in qiyməti sonuncu dəfə ötən ilin noyabrında 60 dollar/barreldən aşağı olub.

Hazırda “Brent”in bir barreli Londonun ICE birjasında 59,61 dollara satılır. “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 51,09 dollara alıcı axtarır.

***
(16:35)

“Brent” markalı neftin bir barrelinin qiyməti 60 dollara düşüb

Azvision.az xəbər verir ki, neft son bir il ərzində ilk dəfə bu həddə geriləyib.

Qeyd edək ki, “Brent”in qiyməti sonuncu dəfə 2017-ci ilin noyabrında 61 dollar/barreldən aşağı olub.

Azvision.az


Teqlər: Neft   Birja  





Xəbər lenti