Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
  24 Noyabr 2018    Oxunub:9203
Naxçıvanda 2018-ci ilin yanvar-oktyabr aylarında 386 milyon 792 min 300 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Azvision.az xəbər verir ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz çoxdur. Bu dövr ərzində diri çəkidə ət istehsalı 19926,1 tona, süd istehsalı isə 77230 tona çatıb. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,2 faiz, süd istehsalı isə 1,3 faiz artıb.

Muxtar respublikada 2018-ci ilin yanvar-oktyabr aylarında 2 milyard 172 milyon 378 min 700 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artaraq 4783 manata yaxın olub.

Azvision.az


Teqlər: Naxçıvan   Kənd-təsərrüfatı  





Xəbər lenti