Sosial şəbəkələrdə SOCAR-a qarşı təxribat

 Sosial şəbəkələrdə SOCAR-a qarşı təxribat
  26 Noyabr 2018    Oxunub:8160
Dünəndən sosial şəbəkələrdə SOCAR-ın Gürcüstan vətəndaşlarının borclarını ödəməsi ilə bağlı yayılan şayiə təxribat və yalandan başqa bir şey deyil. Azvision.az xəbər verir ki, bu barədə SOCAR-ın "Facebook" sosial şəbəkəsindəki səhifəsində qeyd olunub.
Bildirilib ki, Azərbaycanın qlobal brendi SOCAR müxtəlif ölkələrdə həyata keçirdiyi əməliyyatlarla Azərbaycan üçün gəlir və mənfəət əldə edir. Gürcüstan, Türkiyə, İsveçrə və digər xarici ölkələrdə vətənimiz üçün əldə etdiyimiz gəlirlər ötən il SOCAR-ın ümumi gəlirlərinin 90%-dən çoxunu təşkil edib.

Azvision.az


Teqlər: SOCAR  





Xəbər lenti