Bakıda orta aylıq əməkhaqqı 785 manatdır

Bakıda orta aylıq əməkhaqqı 785 manatdır
  30 Noyabr 2018    Oxunub:8795
2018-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,2 faiz artaraq 785,6 manat olub.
Bakı şəhər Statistika İdarəsindən Azvision.az-a verilən məlumata görə, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Azvision.az


Teqlər: Bakı   Manart   Əmək-haqqı  





Xəbər lenti