Hesablama Palatasının saxlanma xərcləri artırılıb

Hesablama Palatasının saxlanma xərcləri artırılıb
  30 Noyabr 2018    Oxunub:8365
Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası üçüncü - yekun oxunuşda təsdiqlənib.
Azvision.az xəbər verir ki, "Hesablama Palatasının 2019-cu il üçün xərclər smetası haqqında" qanun layihəsində Palata üzrə xərclər smetasının ümumi məbləği 4 368 941 manat proqnozlaşdırılıb. Bununla da, Hesablama Palatasının gələn il üçün saxlanma xərcləri 13,42% artırılıb.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Hesablama-Palatası  





Xəbər lenti