“Bakcell”dən maraqlı müsabiqə
Müsabiqədə iştirak etmiş yüzlərlə abunəçidən 75 nəfər qalib www.random.org saytı vasitəsilə təsadüfi qaydada müəyyən edilib. Qaliblər ən çox səs toplamış filmə 2 bilet qazanıblar. Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell”in fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası əhalinin bütün təbəqələrinin tələb və ehtiyacları nəzərə alınmaqla dünyanın aparıcı şirkətlərinin və yerli bazarın tələblərinə əsaslanır.
Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox populyar sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Qeyd edək ki, Bakcell şirkəti 2018-ci ilin birinci və ikici rübü ərzində abunəçi sorğularının 100%-ni cavablandıraraq göstərdiyi yüksək nəticəyə görə xüsusi sertifikatla təltif olunub. Sertifikat xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti tərəfindən təqdim edilib. Həmçinin, 2017-ci ildə “Bakcell” dörd dəfə “Socially Devoted” sertifikatına layiq görülüb.
“Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da
vacib və təqdirəlayiq edir.
Teqlər: Bakcell