Azərbaycan nefti bahalaşıb

  04 Dekabr 2018    Oxunub : 4714
Azərbaycan nefti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,51 dollar artaraq 62,20 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,44 dollar bahalaşaraq 53,39 dollar olub.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,10 dollar artaraq 63,23 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft