100-dək ailənin kiçik təsərrüfatı yaradılıb

100-dək ailənin kiçik təsərrüfatı yaradılıb
  04 Dekabr 2018    Oxunub:6402
Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların ailələrinin dəstəklənməsi tədbirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı çərçivəsində də davam etdirilir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında digər həssas qruplara (əlilliyi olanlar, şəhid ailəsi üzvləri, məcburi köçkünlər və b.) aid vətəndaşlarla yanaşı, sağlamlıq imkanları məhdud uşaqları olan valideynlərə də üstünlük verilir. 2018-ci ildə proqrama cəlb olunanlardan bir hissəsini də məhz bu kateqoriyalardan olanlar təşkil edib.

Digər iştirakçılar kimi onların da proqram çərçivəsində mal və materiallarla təminatı həyata keçirilir. Proqrama cəlb olunmuş və sağlamlıq imkanları məhdud uşaqları olan 100-dək ailənin verilmiş mal və materiallar hesabına kiçik təsərrüfatları yaradılıb. Proses davam edir və ilin sonunadək daha bir qrup ailənin özünüməşğulluq proqramı üzrə mal və materiallarla təmin edilməsi nəzərdə tutulur.

Azvision.az


Teqlər: ƏƏSMN   Əlil  





Xəbər lenti