Azərbaycan nefti bahalaşdı

  05 Dekabr 2018    Oxunub : 4841
 Azərbaycan nefti bahalaşdı
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,12 dollar geriləyərək 60,96 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,88 dollar ucuzlaşaraq 52,37 dollar olub.

Azərbaycan neftinin qiyməti isə nisbətən bahalaşıb. “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,63 dollar artaraq 63,86 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   Birja