Daha 1404 arıçıya subsidiya verilib

Daha 1404 arıçıya subsidiya verilib
  07 Dekabr 2018    Oxunub:7356
Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirlikdən Azvision.az-a verilən xəbərə görə, iclasda 13 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 1404 arıçıya saxladıqları 37 393 arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə (pətəyə) 10 (on) manat hesabı ilə cəmi 373 930 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.

Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin (pətəyin) miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (https://azvision.az/redirect.php?url=http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.

Azvision.az


Teqlər: KTN   Arı   Subsidiya  





Xəbər lenti