Ərdoğan Putindən xahiş edib: “Dənizçiləri azad edin”
Azvision.az xəbər verir ki, bu barədə Ərdoğan özü jurnalistlərə açıqlamasında deyib.
Qeyd dək ki, 25 noyabrda Rusiya Ukraynaya məxsus 2 kiçik artilleriya və bir yedək gəmisini Kerç boğazından keçərək Azov dənizinə daxil olmağa çalışarkən ələ keçirib. Gəmilərin 24 nəfərlik heyət üzvləri də saxlanılıb. Kerç insidenti Moskva ilə Kiyevin münasibətlərində yeni gərginlik yaradıb. Poroşenko bunu təcavüz aktı kimi qiymətləndirsə də, Kreml Rusiyanın su sərhədlərinin pozulduğunu iddia edir.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ukrayna Türkiyə Rusiya Kerç