Mərkəzi Bank 350 milyon manat cəlb edir

  08 Dekabr 2018    Oxunub : 5428
Mərkəzi Bank 350 milyon manat cəlb edir
Dekabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.
Azvision.az Mərkəzi Banka istinadən xəbər verir ki, hibrid hərracda 350 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 7,76-9,74 təşkil edir.

Azvision.az

Teqlər: AMB