Azərbaycan nefti bahalaşıb

  08 Dekabr 2018    Oxunub : 6001
Azərbaycan nefti bahalaşıb
Dünya birjalarında neftin qiyməti bahalaşıb.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,61 dollar artaraq 61,67 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,12 dollar bahalaşaraq 52,61 dollar olub.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,3 dollar artaraq 64,54 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft