OPEC-in reputasiyası xilas olundu

OPEC-in reputasiyası xilas olundu
  08 Dekabr 2018    Oxunub:7185
Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin (OPEC+) V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub.
Azvision.az xəbər verir ki, Qeyri-OPEC ölkələri neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib. Bununla da OPEC və OPEC+ üzrə neft istehsalı sutkalıq 1,2 milyon barrel azaldılıb. Yekun razılaşma isə 2019-cu ilin ilk rübündə imzalanacaq.

Bununla yanaşı, görüş iştirakçıları sözügedən razılaşmanı İran və Venesuelaya sanksiya tətbiqi, Liviyaya də ölkədə silahlı qarşıdurmanın davam etdiyi üçün istisna qaydasında şamil etməməyə razılıq veriblər.

Eyni zamanda Özbəkistandan başqa, Çad və Cənubi Afrika, eləcə də Afrika Neft İstehsalçıları Assosiasiyası Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) müşahidəçi statusu alıb.

Azvision.az


Teqlər: OPEC  





Xəbər lenti