Ağdamda 35 subartezian quyusu qazılacaq

Ağdamda 35 subartezian quyusu qazılacaq
  10 Dekabr 2018    Oxunub:5946
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Ağdam rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 5 noyabr 2018-ci il tarixli Sərəncam imzalayıb.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Azvision.az-a bildirib ki, bu Sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə Ağdam rayonunun əhalisi 26 265 nəfər olan 20 yaşayış məntəqəsində 1050 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 35 subartezian quyusunun layihələndirilməsinin və qazılmasının təmin olunması tapşırılıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası olaraq Səhmdar Cəmiyyət tərəfindən 35 ədəd subartezian quyusunun yerləri dəqiqləşdirilərək layihə-smeta sənədləri hazırlanıb və podrat təşkilatlarla müqavilələr imzalanıb.

Azvision.az


Teqlər: Quyu   suvarma  





Xəbər lenti