“30 ildən sonra ərzaq istehsalı 70 faiz artırılmalıdır”

“30 ildən sonra ərzaq istehsalı 70 faiz artırılmalıdır”
  10 Dekabr 2018    Oxunub:4900
"Bu gün dünyada əhalinin ərzaq məhsulları ilə təmin edilməsi ən önəmli məsələlərdən birinə çevrilib. Demoqrafik və ekoloji faktorlar insanların keyfiyyətli qida ilə təmin olunmasını getdikcə çətinləşdirir"
Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən aqrar texnologiyalar və yaşıl enerji üzrə Beynəlxalq Forumda (“AgTech and Green Energy”) kənd təsərrüfatı naziri İnam Kərimov deyib.

Nazir diqqətə çatdırıb ki, FAO-nun son proqnozlarına görə, 2050-ci ildə dünyada əhalinin sayı təxminən 9,3 milyard nəfərə çatacaq: "Bu, o deməkdir ki, 30 il sonra əhalinin qidaya tələbatını ödəmək üçün ümumi ərzaq istehsalı 70 faiz artırılmalıdır. Qlobal ərzaq təhlükəsizliyinin təmin olunması qarşısında digər qlobal çağırışlar var. İqlim dəyişikliyi, qlobal istiləşmə, quraqlıq kənd təsərrüfatı məhsullarının istehsalını ildən-ilə çətinləşdirir. Ətraf mühiti qorumaq, torpaq və su ehtiyatlarından səmərəli istifadə, mineral gübrələrin torpağa vurduğu zərəri azaltmaq öz aktuallığını qoruyub saxlayır".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   İnam-Kərimov   Forum  





Xəbər lenti