Texniki Şuralar 137 müraciətə baxıb

Texniki Şuralar 137 müraciətə baxıb
  10 Dekabr 2018    Oxunub:5300
2018-ci ilin noyabr ayında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralar vasitəsilə 137 müraciət daxil olub.
Energetika Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, bunlardan 130 müraciətin icrası təmin edilib, 7 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra olunmayıb. 2018-ci ilin noyabr ayı üzrə Texniki Şuralara daxil olmuş müraciətlər əsasında sahibkarlar tərəfindən 1788,4 kVt güc sifariş edilib və 397207,56 AZN qoşulma haqqı ödənilib.

Bütün müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN Xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə may-noyabr ayları ərzində sahibkarlar tərəfindən “ASAN Xidmət” və “ASAN Kommunal” Mərkəzlərindəki Texniki Şuralar vasitəsilə 1046 müraciət daxil olub. Ümumilikdə isə 2018-ci ilin 11 ayı üzrə Texniki Şuralarda 1919 müraciətə baxılıb.

Azvision.az


Teqlər: ASAN-Xidmət   ASAN-Kommunal  





Xəbər lenti