Bu il 113 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il 113 yaşayış məntəqəsi qazlaşdırılıb
  10 Dekabr 2018    Oxunub:5354
"Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 2 959 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 240 km qaz kəməri əsaslı təmir olunub.
“Azəriqaz”dan Azvision.az-a verilən məlumata görə, bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 113 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

Azvision.az


Teqlər: Azəriqaz  





Xəbər lenti