Azərbaycan və Türkiyə üçün 21 trilyon dollarlıq fürsət

Azərbaycan və Türkiyə üçün 21 trilyon dollarlıq fürsət
  11 Dekabr 2018    Oxunub:7463
"Azərbaycan və Türkiyə kənd təsərrüfatı sahəsindəki potensiallarını birləşdirərsə, 21 trilyon dollarlıq bir bazara hakim ola bilər"

Azvision.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli Bakıda jurnalistlərə açıqlamasında deyib.
Nazir qeyd edib ki, Türkiyə və Azərbaycanın fərqli bazarlara yaxınlıqları var: "Azərbaycan Mərkəzi Asiya və Rusiya bazarlarına yaxındır. Türkiyənin isə Avropa, Afrika və Yaxın Şərq bazarlarına çıxışı var. İki ölkə olaraq biz güclərimizi birləşdirərsək 21 trilyon dollarıq bir bazar ortaya çıxır. Yəni əsas məsələ gücləri birləşdirib bu bazarlara iki ölkənin mal satmasıdır".

Nazir bildirib ki, Azərbaycan Türkiyə təcrübəsinə əsaslanaraq aqrar sığortanın tətbiqini reallaşdırarsa, kənd təsərrüfatçısının üzü güləcək.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Türkiyə   Nazir  





Xəbər lenti