Növbəti hərracın nəticələri açıqlanıb
Hərracda vətəndaş marağına səbəb olan nəqliyyat vasitələrinin buraxılış tarixi 2005-2007-ci illərdir. Rəqabətli mühitdə özəlləşdirilən “Kia Optima” markalı avtomobil üçün qalib iştirakçı son qiymət olaraq 4 min 400 manat təklif edib. Digər rəqabət yaradan nəqliyyat vasitələri isə “Daewoo Nexia” və “Mitsubishi” markalarına aiddir.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac dekabrın 18-də keçiriləcək. Prosesə, ümumilikdə, 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və özəlləşdirmə portalına (“privatization.az”) daxil ola bilər.
Azvision.az